XƏBƏRLƏR / Hava

Bəzi yerlərə leysan yağır, güclü külək əsir

Faktiki hava

Bəzi yerlərə leysan yağır, güclü külək əsir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur, yağıntılar ayı-ayrı yerlərdə leysan xarakterlidir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 7-si saat 15:30-a olan məlumatında qeyd edilib.

    Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalan, Gəncədə 28, Goranboyda 27, Mingəçevir, Ağstafada 25, Tovuzda 24, Bakıda və Abşeron yarımadasında 23, Bərdədə 22, Ağdamda 20, Şabranda 19, Göyçayda 18, Tərtər, Şəmkirdə 16, Zaqatala, Balakən, Şəkidə 15 m/s-yə çatır.

    Quba, Qusar, Xızı, Göygöl, Gəncə, Tərtərdə yağış yağır, şimşək çaxır.