Reportaj

Bildiyiniz bütün pendirləri unudun! İçində süd yoxdur

Mersində noxudu üyüdərək un halına gətirdikdən sonra su və digər qeyri-heyvan mənşəli maddələrlə qarışdıraraq “noxud pendiri” istehsal ediblər

Bildiyiniz bütün pendirləri unudun! İçində süd yoxdur
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Protein dəyəri yüksək olan paxlalı bitkilərin istehlakını populyarlaşdırmaq üçün Mersində qurulan Paxlalılar Araşdırma Mərkəzində (BAM) noxuddan əldə edilən südlü qarışıqdan “noxud pendiri” hazırlanıb.

    Mersin Ticarət Birjası daxilindəki mərkəzdə istehlakçıların, xüsusilə uşaqların paxla məhsullarına daha çox üstünlük verməsi üçün layihələr həyata keçirilir.

    Bu barədə Türkiyənin "Star" qəzetu yazıb.

    Daha əvvəl lobyadan tortlar, süd, çörək, cips və noxuddan qəlyanaltılar və mərciməkdən kraker kimi müxtəlif qidaların istehsal edildiyi mərkəzdə veqan pendiri üçün də AR-GE işləri aparılıb.

    Tarsus Universitetinin müəllimi Gülden Gökşen başçılıq etdiyi qrup, noxudları un halına gətirib, sonra su və digər heyvan mənşəyi olmayan maddələrlə qarışdırıb. 

    Nəzarət olunan temperaturda bişmiş süd qarışığı pasterizasiya mərhələsindən keçərək “noxud pendiri”nə çevrilmək üçün qəliblərə yerləşdirilib. Soyudulmuş və bərkimiş pendir yetişmə prosesinə keçib. Yaranan vegan pendirinin qeydiyyatı üçün Türkiyə Patent və Ticarət Nişanı İdarəsinə müraciət ediləcək.

    Məqsəd paxlalı və sitrus meyvələrindən törəmə məhsullar edərək əlavə dəyərli məhsullar istehsal etməkdir. Vegan və vegetarian pəhrizlər artdıqca bu məhsullar üzərində də araşdırmalar aparılacaq. Paxla istehlakı da getdikcə artacaq.