Biləsuvarda 4.5 maqnitudalı zəlzələ oldu YENİLƏNİB
Bu barədə Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib
11:33
Biləsuvar rayonunda qeydə alınan zəlzələ zamanı hər hansı dağıntı və ya insan xəsarəti olmayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb",- deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, yerli vaxtla saat 10:45-də Biləsuvar rayonunda 54 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.
***
11:07
Biləsuvar rayonunda 4.5 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.
Yeraltı təkanlar saat 10:45-də olub, hiss olunmayıb.