
Biləsuvar şəhəri PMK-19 yaşayış massivinin yaxınlığındakı çöl sahəsindən silah tapılması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "AK-74" markalı avtomat aşkarlanaraq götürülüb.
Fakt üzrə araşdırma aparılır.