BLOQ

Birgəyaşayışın aspektləri

Ermənilərə nə deyəcəyik?

Birgəyaşayışın aspektləri
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İlham Əliyev deyir ki, Qarabağdakı ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da başqa yaşayış yeri tapmalıdırlar.

    Prezidentin dediyi bu iki fikirdən biri gec-tez həyata keçməlidir. Rus və ya başqa bir ölkənin sülhməramlısı sonsuza kimi bizim ölkəmizdə qalmalı deyil ki...
    Ancaq suallar yaranır. Tutaq ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul etdi. Azərbaycan tarixi və ədəbiyyatı son 100 ildə ermənilərlə azərbaycanlıların etnik qarşıdurması üzərində inşa edilib. Bəs onda məktəblərdə Azərbaycan tarixi və ədəbiyyatı ermənilərə necə tədris olunacaq?

    Biz dövlət olaraq Qarabağda yaşayan ermənilərə göstərmişik ki, sizin təhsil sisteminiz necə olacaq?
    Göstərmişik ki, vətəndaşı olduğunuz Azərbaycanın tarixini, ədəbiyyatını necə öyrənəcəksiniz? Və ya öyrənmək istəyəcəksinizmi? Bu suallar mənim üçün çox maraqlıdır.

    Əgər birgəyaşayış olacaqsa, bizim Milli Qəhrəmanlarımız, şəhidlərimiz, Xocalı faciəsi erməni uşaqlara necə öyrədiləcək? Deyəcəyik ki, bunlar kimlə döyüşüb qəhrəman olublar?

    Ümumiyyətlə, biz dövlət olaraq birgəyaşayışın bütün aspektlərini araşdırmışıqmı?