"Birinci Bayraq"
Bu veriliş ANS televiziyasında 14.04.2016-ci ildə çəkilib və yayımlanıb
Bu veriliş ANS televiziyasında 14.04.2016-ci ildə çəkilib və yayımlanıb.
Azərbaycan bayrağı və ya üçrəngli bayraq — Azərbaycanın rəsmi simvollarından (himn və gerblə birlikdə) biridir.
Bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir.
5 fevral 1991-ci ildə bayraq həmin il müstəqilliyini elan etmiş Azərbaycan Respublikası tərəfindən təsdiq edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ildən etibarən hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.