XƏBƏRLƏR / Yaddaş

Birinci Qarabağ müharibəsi Şəhidinin qalıqları tapılıb

Rəsul Ağayev 1992-ci ildən bəri döyüşlərdə itkin düşüb

Birinci Qarabağ müharibəsi Şəhidinin qalıqları tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Sabirabad rayonunun Qaratəpə kənd sakini Rəsul Ağayevin qalıqları tapılıb.

    Rəsul Ağayev 1992-ci ildən bəri döyüşlərdə itkin düşüb.

    Əsgərin qalıqları 34 il sonra tapılıb. O, həyatda evli olub və bir qızı dünyaya gəlib. Hazırda ailənin şəhidin şərəfinə Rəsul adlı bir nəvəsi var.

    Rəsul Ağayevin qalıqlarının gələn həftə doğulduğu Qaratəpə kəndinin qəbiristanlığında dəfn olunacağı gözlənilir.