Sumqayıtda I Qarabağ müharibəsinin şəhidi dəfn edilib
Yusif Mirzəli oğlu Məmmədov Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmişdi

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Yusif Mirzəli oğlu Məmmədovla Sumqayıt şəhərində keçirilən vida mərasimi başa çatıb.
Şəhidin nəşi Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Sumqayıt şəhərinin vəzifəli şəxsləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Yusif Mirzəli oğlu Məmmədovla 1972-ci il iyunun 29-da Sumqayıtda anadan olub. O, 1994-cü il fevralın 2-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.