XƏBƏRLƏR / Yaddaş

Aktauda AZAL təyyarəsinin qəza yeri ziyarət olunub

USACC icraçı direktoru Natiq Baxişov və ABŞ-ın Azərbaycandakı səfirliyinin müşaviri Eşli Tauers hadisə yerində olublar

Aktauda AZAL təyyarəsinin qəza yeri ziyarət olunub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ Biznes Nümayəndə Heyətinin Orta Dəhlizə səfərinin Qazaxıstan mərhələsini yekunlaşdırdıq. Aktaudan yola düşməzdən əvvəl The United States-Azerbaijan Chamber of Commerce (USACC) icraçı direktoru Natiq Baxişov və ABŞ-nin Azərbaycandakı Səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Eşli Tauers AZAL – Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəza yerini ziyarət etdilər. Orada biz bu faciədə həyatını itirən mülki şəxslərin əziz xatirəsini ehtiramla yad etdik. Hadisənin qalıqları hələ də ərazidə səpələnmiş halda qalır və bu mənzərə itirilmiş həyatların kədərli bir xatırladıcısıdır.

    ABŞ-ın Azərbaycandakı səfirliyinin iqtisadi müşaviri Taures və Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Baxışov AZAL-a məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğradığı yerdə olub.

    "Biz bu faciədə həyatını itirən dinc sakinlərin xatirəsini ehtiramla yad etdik. Təyyarənin qalıqları hadisə yerində qalıb və həlak olanların kədərli xatirəsi kimi xidmət edir", - ABŞ səfirliyinin bəyanatında deyilir.