İtkin-şəhid Cəlal Abdullayev doğma Qobustanda dəfn olunub
Şəhid 1971-ci ildə Bakı şəhərinin Qaradağ rayonunun Qobustan qəsəbəsində anadan olub
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid hərbçi Cəlal Abdullayevin qalıqları ailəsinə təhvil verilib.
Bu gün şəhidlə vida mərasimi keçirilib.
Şəhidin qalıqları Bakı şəhərinin Qaradağ rayonunun Qobustan qəsəbə qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Abdullayev Cəlal Xankişi oğlu 1971-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olub. 1993-cü il martın 29-da Kəlbəcər rayonunun Çərəkdar kəndində itkin düşüb.
1 dəqiqədən az