XƏBƏRLƏR / Yaddaş

Sabah daha 4 itkin-şəhid dəfn olunacaq

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb

Sabah daha 4 itkin-şəhid dəfn olunacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sabah Birinci Qarabağ müharibəsinin daha 4 itkin-şəhidi dəfn olunacaq.

    Qeyd edilib ki, hərbçi Vəliyev Murad Məlikməmməd oğlu Quba rayonu Nütəh kənd qəbiristanlığında, hərbçi Abdullayev Cəlal Xankişi oğlu Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsinin qəbiristanlığında, hərbçi Zərbəliyev Ayaz Əsgəralı oğlu Göyçay şəhəri Şəhidlər xiyabanında, hərbçi Qayıbov Vəkil Möylan oğlu Qəbələ rayonu Qəmərvan kənd qəbiristanlığında dəfn ediləcək.

    Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.