Laçının Şamkənd kəndində Şəhidlər xiyabanı açılıb FOTO
Abidə Kompleksi kənd sakinlərinin təşəbbüsü ilə inşa edilib
Laçın rayonunun Şamkənd kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olub.
Kompleks kənd sakinlərinin təşəbbüsü ilə inşa edilib.

Mərasimdə Laçın Rayon Yenidənqurma, Tikinti və İdarəetmə Xidmətinin və Laçın Mərkəzi Rayon Xəstəxanasının əməkdaşları, Laçın Rayon Müharibə və Əmək Veteranları Təşkilatının sədri və rayon ağsaqqalı Qəzənfər Hüseynov, şəhidlərin ailə üzvləri, veteranlar, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd etmək lazımdır ki, Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi zamanı Şamkənd kəndi ümumilikdə 41 şəhid itirib. Onlardan biri Azərbaycanın Milli Qəhrəmanı adına, digəri isə Azərbaycan Bayrağı ordeninə layiq görülüb.
Hazırda səkkiz şəhid itkin düşmüş kimi siyahıya alınıb. Daha üç şəhidin qalıqları 44 günlük Vətən müharibəsindən sonra tapılaraq dəfn edilib.
1 dəqiqə