XƏBƏRLƏR / Yaddaş

Qarakənd faciəsindən 33 il ötür

Mi-8 helikopterində olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin sülhməramlı missiyasının üzvləri həlak olub

Qarakənd faciəsindən 33 il ötür
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının növbəti ildönümüdür.

    Qarakənd faciəsindən 33 il ötür.

    1991-ci il noyabrın 20-də baş verən hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub:

    Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi

    İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror

    Məhəmməd Nəbi oğlu Əsədov – daxili işlər naziri

    Zülfü Saleh oğlu Hacıyev – Baş nazirin müavini

    Vaqif Cəfər oğlu Cəfərov – deputat

    Vəli Hüseyn oğlu Məmmədov – deputat

    Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatının şöbə müdiri

    Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini

    İqor Aleksandiroviç Plaviski – keçmiş DQMV-nin prokuroru

    Vladimir Vladimiroviç Kovalyov – keçmiş DQMV-nin Daxili İşlər İdarəsinin rəisi

    Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi

    Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı

    Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müavini

    Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru

    Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant

    Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi

    Alı Mustafa oğlu Mustafayev – telejurnalist

    Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-nin işıqçısı

    Fəxrəddin İbrahim oğlu Şahbazov – videooperator

    Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri

    Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü

    Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü.

    Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gün sonra onun ermənilər tərəfindən vurulması faktı təsdiqlənib. Erməni separatçıları bu terror aktı ilə özlərinin terrorçu mahiyyətini bir daha sübut ediblər.

    Ermənilər tərəfindən terror aktının tödərildiyi Qarakənd kəndi 2023-cü ildə düşmən tapdağından azad edilib.