XƏBƏRLƏR / Yaddaş

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək.

    Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Mədəniyyət Nazirliyi, eləcə də Elm və Təhsil Nazirliyi ilə birlikdə Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunan tədbirlər planı hazırlayıb həyata keçirməlidir. 

    Qeyd edək ki, bu il Fətəli xan Xoyskinin 150 illiyi tamam olur.