Metronun "Ulduz" stansiyasındakı faciədən 30 il ötür
Həmin faciədə 289 nəfər həlak olub
Bakı metrosunun "Ulduz" stansiyasının vestibülündə 28 oktyabr 1995-ci il faciəsi qurbanlarına həsr olunan memorial yaradılıb.
Bunu "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov "Ulduz" stansiyasında baş verən 28 oktyabr 1995-ci il hadisəsinin 30-cu ildönümünün qeyd olunması mərasimində deyib.
O bildirib ki, memorialda 289 yarpaq yer alıb: "Həmin yarpaqlar sözügedən hadisədə həlak olan insanların sayının simvoludur".

Qeyd edək ki, 28 oktyabr 1995-ci il tarixində Bakı metrosunun "Ulduz" və "Nərimanov" stansiyaları arasında dəhşətli yanğın baş verib. Hadisə nəticəsində 289 nəfər həlak olub.
1 dəqiqədən az