Prezident Zəfər parkına əklil göndərib
Xatırladaq ki, ölkə başçısı ABŞ-da işgüzar səfərdədir

Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günündə Zəfər parkına əklil göndərib.
Vətən uğrunda şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq əklil Zəfər abidəsi önünə qoyulub.
Xatırladaq ki, ölkə başçısı ABŞ-da işgüzar səfərdədir.