Britaniya parlamenti Qara yanvar qurbanlarını yad edib
Sovet qoşunlarının Bakıya daxil olmasının 35-ci ildönümü ilə bağlı təşəbbüsü deputat Bob Blekman irəli sürüb
Qanunvericilik sənədi statusuna malik olan 644 saylı (Early Day Motion) erkən günlə bağlı təklif Böyük Britaniya Parlamentinə təqdim edilib.
1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıya daxil olmasının 35-ci ildönümü ilə bağlı təşəbbüsü deputat Bob Blekman irəli sürüb.
Sənəddə hərbi müdaxilənin Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatına cavab olaraq həyata keçirildiyi, nəticədə 150-yə yaxın dinc sakinin həlak olduğu vurğulanır. Qanunvericilik təşəbbüsü Britaniya parlamentinin üzvlərini həmin faciəli günün qurbanlarının xatirəsini yad etməyə çağırır.
Eyni zamanda, İcmalar Palatasının üzvü Bob Bləkman da həmkarlarını 20 Yanvar qurbanlarını yad etməyə çağırıb: “2025-ci il yanvarın 20-də Britaniya Sovet qoşunlarının 1990-cı ildə Bakını işğalının ildönümünü qeyd edəcək. Azərbaycanın müstəqilliyinə çağıran xalq hərəkatı. Bakının işğalı zamanı həlak olan qurbanların xatirəsini ehtiramla yad edirəm və bütün üzvləri bu günü xatırlamağa çağırıram ki, bu hadisələr həmişə yaddaşlarda qalsın”.
Qeyd edək ki, erkən gün təklifi müəyyən məsələlərə diqqəti cəlb etmək və müzakirələrə başlamaq üçün Böyük Britaniya Parlamentində təqdim edilən rəsmi qanunvericilik parçasıdır.