Ermənistan itkin düşmüşlər haqda tam məlumat verməlidir
Bunu İlham Əliyev Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə bildirib.
İlham Əliyevin Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətini Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-polkovnik Əli Nağıyev səsləndirib:
"Taleyi naməlum şəxslərin aqibətinə aydınlıq gətirmək məqsədilə Azərbaycan bundan sonra da bütün imkanlarını səfərbər etməyə davam edəcək.
Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi məzarların yerləri barədə tam məlumat verməli, eləcə də müvafiq arxivlərə çıxışı təmin etməli və şahid ifadələrinin toplanmasını asanlaşdırmalıdır.
İnsan həyatı ilə bağlı məlumatlar siyasi razılaşmaların mövzusu olmamalıdır."
Prezident İlham Əliyev qeyd edib ki, itkin düşmüş heç bir vətəndaşımız unudulmur və onların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir. “Bu faciə ilə üzləşmiş hər bir ailəyə hərtərəfli dəstək və qayğı göstərmək, onların acılarını bölüşmək mənəvi öhdəliyimizdir”, - deyə müraciətdə vurğulanıb.
"Azərbaycanın azad edilmiş ərazilərində otuz iki kütləvi məzar aşkar edilib."
İlham Əliyev bunu "İtkin düşmüş şəxslər üzrə IV Bakı Dialoqu çərçivəsində Beynəlxalq Konfrans"ın iştirakçılarına müraciətində bildirib.
Dövlət başçısının digər açıqlamaları:
- Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4000-dən çox Azərbaycan vətəndaşı itkin düşmüş kimi siyahıya alınıb;
- Beynəlxalq Qızıl Xaç Komitəsinin bu illər ərzindəki fəaliyyəti heç bir nəticə verməyib;
- Azərbaycan itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün bütün səylərini göstərəcək - onlardan heç biri unudulmayıb.
2 dəqiqə