XƏBƏRLƏR / Yaddaş

Qərbi azərbaycanlılar ermənilərdən İSESKO-ya şikayət edəcək

Bu barədə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli anons verib

Qərbi azərbaycanlılar ermənilərdən İSESKO-ya şikayət edəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli: Qərbi Azərbaycan ərazisindəki mədəniyyət abidələrinin vəziyyəti ilə bağlı məlumatlar İSESKO-ya göndəriləcək.

    • Qərbi Azərbaycandakı mədəniyyət abidələri təkcə Azərbaycan irsinin deyil, İslam dünyasının və dünya sivilizasiyasının bir hissəsidir.
    • Bu obyektlərin məhv edilməsi dünya mədəni yaddaşına qarşı cinayətdir. Bizim Qərbi Azərbaycan ərazisindəki abidələrin dəqiq reyestrimiz var və müvafiq məlumatları beynəlxalq təşkilatlara, o cümlədən YUNESKO-ya çatdıracağıq.
    • İrəvandakı sonuncu azərbaycanlı yaşayış massivi - Təpəbaşı, o cümlədən İrəvan xanı Abbasquli tərəfindən tikilmiş məscidin dağıdılması ilə bağlı artıq bir sıra təşkilatlara müraciət göndərilib.
    • Qərbi Azərbaycan icması öz tarixi torpaqlarında - indiki Ermənistan ərazisində qərbi azərbaycanlıların mədəni irsinin qorunmasında İSESKO-nun dəstəyinə ümid edir.
    • Qərbi azərbaycanlılar bu torpaqlarda bütün bəşəriyyətin sərvəti olan zəngin mədəni irs yaradıblar.
    • Biz dünya ictimaiyyətinə məlumat verir, abidələrin bərpasını tələb edir və onların dağıdılmasının qarşısını almağa çalışırıq. İSESCO-nun da bu prosesə qoşulacağını gözləyirik. Biz əvvəllər YUNESKO ilə əlaqə saxlamışdıq, lakin təəssüf ki, Ermənistan öz ərazisindəki abidələrin monitorinqinə icazə vermədi.