XƏBƏRLƏR / Qonşular

Biz əlilliyi olan bir dövlətdən tamhüquqlu dövlətə çevrildik

Ermənistanın Baş naziri Nikol Paşinyan bunu jurnalistlərlə söhbətində bildirib

Biz əlilliyi olan bir dövlətdən tamhüquqlu dövlətə çevrildik
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Deyə bilərik ki, Qarabağ xalqının qaytarılması gündəliyini qəbul edirik, bəs bundan kim qazanacaq? Qarabağ xalqı bundan qazanacaq?".

    Ermənistanın Baş naziri Nikol Paşinyan bunu jurnalistlərlə söhbətində bildirib.

    O, səhvlərdən dərs və nəticə çıxarmağın vacibliyini vurğulayıb. "Siz Qarabağ xalqını, digər erməni xalqı kimi, sərgərdan statusuna məhkum etməyə çağırırsınız ki, bu insanlar harada yaşayacaqlarını, ünvanlarının olub-olmadığını bilməsinlər. Bəli, onların ünvanı var. Və bu, beynəlxalq səviyyədə tanınmış suveren ərazisi olan Ermənistandır", - deyə o qeyd edib.

    Paşinyan ritorik olaraq Beynəlxalq Məhkəmənin bütün xalqın qeyd etdiyi qərarının ("Azərbaycanı ermənilərin Dağlıq Qarabağa təhlükəsiz qayıtmasını təmin etməyə məcbur etmək" - news.am) praktik nəticələri barədə danışıb: "Yenə də dərs çıxarmaqda acizik". Baş nazir əlavə edib ki, "Bizim müxtəlif razılaşmalarımız olub, o cümlədən San Stefano Konfransı, Berlin Konfransı, Sevr Müqaviləsi, müxtəlif məhkəmə qərarları və sair. Biz bu yolu rədd edirik, çünki bu, Qarabağ xalqını əbədi səyyah statusuna məhkum edəcək". Paşinyan Qarabağ ermənilərini Ermənistan vətəndaşlığını qəbul etməyə çağırıb. "Biz bir neçə mütəxəssisin iş tapması üçün bütün bir xalqın və dövlətin taleyini təhlükəyə atmayacağıq. Biz bu yolu rədd etdik. Nəticədə, biz əlilliyi olan bir dövlətdən tam hüquqlu bir dövlətə çevrildik", - deyə Nikol Paşinyan yekunlaşdırıb.