Blinken Bakı və İrəvanın birbaşa dialoqunu dəstəkləyir
ABŞ Dövlət katibi bu barədə "Twitter" hesabında yazıb
ABŞ dövlət katibi Antoni Blinken Ermənistanla Azərbaycanın birbaşa dialoqununn tərəftarıdır.
O, bu barədə özünün "Twitter" hesabında yazıb.
"Dünən mən Ermənistanın baş naziri Nikol Paşinyanla danışdım ki, Azərbaycanla sülhün təmin edilməsi istiqamətində davam edən səylərə güclü dəstəyimi bir daha təsdiqlədim. Birbaşa dialoq və diplomatiya Cənubi Qafqazda davamlı sülhün yeganə yoludur və mən buna öz töhfəmi verməyə hazıram".