ABŞ Dövlət katibi Antoni Blinken İordaniyanın paytaxtı Əmmanda Fələstin lideri Mahmud Abbasla görüşüb.
Xarici KİV xəbər verir ki, görüş Blinkenin HƏMAS hücumu ilə əlaqədar İsrailə səfərindən sonra baş tutub.
Qeyd olunub ki, bu, hazırkı böhranın başlamasından sonra ABŞ və Fələstinin ali rəsmisi arasında ilk təkbətək görüşdür.
Mahmud Abbas İordan çayının qərb hissəsinə, HƏMAS isə Qəzza zolağına nəzarət edir. Tərəflər arasında dərin siyasi fikir ayrılıqlarının olduğu bildirilir.