BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Su Konfransı açılıb
Bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb
Martın 22-dən 24-dək BMT-nin Baş Qərargahında baş tutan BMT-nin Su Konfransı 2030-cu ilə qədər təhlükəsiz suya və kanalizasiyaya universal çıxış yolunda irəliləyişi sürətləndirmək üçün unikal imkandır. Onun həmsədri Niderland Kralı Villem-Aleksandr və Tacikistan Prezidenti Emoməli Rəhmondur.
BMT-nin baş katibi Antonio Quterreşin sözlərinə görə, bu forum “su üzrə konfransdan daha çox”dur, bu, dünyada vəziyyətə ən mühüm resurs prizmasından baxışdır. “Konfrans üzv dövlətlərin və beynəlxalq ictimaiyyətin planetimizin dayanıqlılığı üçün suyun həyati əhəmiyyətini, sülhün və beynəlxalq əməkdaşlığın təşviqi üçün bir vasitə kimi qəbul etmək bacarığında keyfiyyət sıçrayışı təmin etməlidir”, o əlavə edib.
“Su insan hüququdur və daha yaxşı gələcək üçün inkişafın ortaq məxrəcidir”, - deyən Antonio Quterreş, “Lakin su ehtiyatları ağır vəziyyətdədir”. BMT-nin baş katibinin sözlərinə görə, insan suyu “vampir şəkildə” istehlak edir və qlobal istiləşmə onun buxarlanmasına gətirib çıxarır ki, bu da öz növbəsində su dövranının pozulmasına, ekosistemlərin məhvinə və yeraltı suların çirklənməsinə səbəb olur.