XƏBƏRLƏR / Ekologiya

Sudan səmərəli istifadəni təkmilləşdirməliyik

Bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev deyib

Sudan səmərəli istifadəni təkmilləşdirməliyik
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İqlim dəyişikliyi su ehtiyatlarının idarə olunmasını daha da çətinləşdirir və təxirəsalınmaz edir. Quraqlıqlar daha uzun sürür, şiddətli yağışlar və daşqınlar kəskinləşir, su ehtiyatlarının əlçatanlığı isə daha az proqnozlaşdırılan həddə çatır. Eyni zamanda, kənd təsərrüfatında, şəhərlərdə, sənaye və energetika sistemlərində suya olan tələbat artır.

    Bu sözləri BCAW2026 çərçivəsində keçirilən "İqlim üçün su fəaliyyəti üzrə Bakı Dialoqu – Öhdəliklərdən icraya doğru: Su mərkəzli iqlim fəaliyyətinin COP31-ə doğru irəliləməsi" adlı dəyirmi masada Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev deyib.

    O, iqlimə uyğunlaşma prosesini su ehtiyatlarının idarə olunmasından ayırmamağı xüsusilə qeyd edib. "Biz sudan səmərəli istifadəni, su anbarlarını, davamlı infrastrukturu, monitorinqi və erkən xəbərdarlıq sistemlərini təkmilləşdirməliyik",- deyə M.Babayev əlavə edib.