BMT Qarabağa görə toplanıb VİDEO
İclas heç bir sənəd qəbul olunmadan başa çatıb
BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələr başlayıb.
Müzakirələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edib.
İclasda bir neçə ölkə, xüsusən də Fransa, Almaniya, Malta və Afrikanın bir neçə ölkəsi əsassız ittihamlar səsləndiriblər.
Birləşmiş Ərəb Əmirlikləri, Çin və Rusiya neytral mövqedən çıxış etsə də, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanı dəstəkləyib.
Daha sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edib.
Azərbaycanlı nazir rəsmi Bakının həyata keçirdiyi antiterror tədbirlərinin əsl mahiyyətini açıqlayıb.
İclas heç bir sənəd qəbul olunmadan başa çatıb.