BMT və Avropa İttifaqı Azərbaycana başsağlığı verdi
Bu barədə qurumların "X" hesabında paylaşım edilib

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Binəqədidə baş verən yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verib.
Bu barədə o, özünün X hesabında paylaşım edib.
“Bakının Binəqədi rayonunda sexdə baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını arzu edirik. Allah rəhmət eləsin!”, - o qeyd edb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndirici Vladanka Andreyevka da Bakıda mebel sexindəki partlayışda ölənlərlə bağlı başsağlığı verib. “Bakının Binəqədi şəhərində baş vermiş faciəvi emalatxanada partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tez sağalmasını arzulayıram. Allah rəhmət eləsin!”, - o bildirib.
Qeyd edək ki, bu gün Binəqədidə baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Hadisə ilə əlaqədər cinayət işi açılıb.