XƏBƏRLƏR / Hərbi

Bolqarıstanda beynəlxalq müdafiə sərgisi işə başlayır

Rəsmi mərasim zamanı ərazi üzərindən bir cüt F-16 Block 70 qırıcı təyyarəsi uçacaq

Bolqarıstanda beynəlxalq müdafiə sərgisi işə başlayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bolqarıstanın Plovdiv şəhərində 17-ci Beynəlxalq Müdafiə Avadanlıqları və Xidmətləri Sərgisi – HEMUS 2026 işə başlayır.

    Bolqarıstanın informasiya agentlikləri xəbər verir ki, tədbir iyunun 6-dək davam edəcək.

    Rəsmi mərasim zamanı ərazi üzərindən bir cüt F-16 Block 70 qırıcı təyyarəsi uçacaq.

    Sərgidə müdafiə sahəsində müasir texnologiyalar və hərbi sənaye məhsulları nümayiş olunacaq. Proqram çərçivəsində hərbi texnika nümayişləri, elmi konfranslar və müdafiə sənayesinə dair forumların keçirilməsi planlaşdırılır. Həmçinin iyunun 5-də Zmeyovo poliqonunda döyüş atışlarının nümayişi nəzərdə tutulur.