Bosfor boğazında gəmilərin hərəkəti bərpa edildi
İstanbul şəhərində qatı duman səbəbindən sübhdən gəmilərin hərəkəti dayandırılmışdı
19:18
Bosfor boğazında hər iki istiqamətdə dayandırılan gəmilərin hərəkəti artıq bərpa edilib. Bu barədə Türkiyə Sahil Təhlükəsizliyi Baş İdarəsinin saytında məlumat yayılıb.
Qeyd edək ki, gəmilərin hərəkəti səhər saatlarında qatı duman səbəbindən dayandırılmışdı.
***
12:20
Türkiyənin İstanbul şəhərində qatı duman səbəbindən Bosfor boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.
Türkiyə mətbuatı xəbər verir ki, məhdudiyyət yerli vaxtla saat 04:15-dən tətbiq edilib.
Hazırda növbədə 301 gəmi var.
Qeyd edək ki, martın 10-da İstanbulun bəzi ərazilərində güclü duman müşahidə olunur.