XƏBƏRLƏR / Hava

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Dövlət Dəniz və Liman Agentliyi xəbər verir

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

    Xəbərdarlığa əsasən, aprelin 15-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi aprelin 17-si gündüz saatlarına kimi davam edəcək.

    Məlumata görə, həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

    Dalğanın hündürlüyünün isə 2.0-3.0 metr, sonrakı inkişafda 4.0-6.0 metrə çatacağı proqnozlaşdırılır.