Böyük Britaniyanın XİN rəhbəri Kemeron Türkiyəyə gəlir
Türkiyənin Xarici İşlər Nazirliyi bu barədə yazılı açıqlamada yayıb
Türkiyənin Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, "Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf naziri Devid Kemeron 25-26 yanvar 2024-cü il tarixlərində ölkəmizə səfər edəcək. Hazırkı regional və beynəlxalq Səfər çərçivəsində keçiriləcək görüşlərdə müxtəlif məsələlər, o cümlədən ikitərəfli əlaqələrimiz müzakirə olunacaq”.