XƏBƏRLƏR / İdman

"Böyük Dəbilqə": Hidayət Heydərov bürünc medal qazanıb

YENİLƏNİB

"Böyük Dəbilqə": Hidayət Heydərov bürünc medal qazanıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 19:03

    Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycan millisinin üzvü Hidayət Heydərov bürünc medal qazanıb.

    73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu ardıcıl olaraq Lusian Borş Dumitreskunu (Rumıniya), Əbdül Malik Umayevi (Belçika) və Akil Qyakovanı (Kosovo) məğlub edərək yarımfinala yüksəlib.

    Bu mərhələdə Tacikistan təmsilçisi Məsudi Əhmədzoda uduzan Heydərov üçüncü yer uğrunda görüşdə gürcüstanlı İrakli Qoqinaşvilidən üstün olub.

    Beləliklə, Azərbaycan millisinin turnirdə qazandığı mükafatların sayı 4-ə çatıb. Daha əvvəl Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) isə bürünc medal əldə ediblər.

    ***

    09:50

    Azərbaycanın daha üç cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində bu gün mübarizəyə başlayacaq.

    Yarışın ikinci günündə olimpiya çempionu Hidayət Heydərov (73 kq) tatamiyə çıxacaq.

    Həmçinin, Kamran Süleymanov (73 kq) və Südabə Ağayevə (70 kq) qüvvəsini sınayacaq.

    Xatırladaq ki, ötən gün Azərbaycan təmsilçilərindən Balabəy Ağayev (60 kq), Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) bürünc müdal qazanıb.