Böyük Qayıdışın yaratdığı təbəssüm VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi təqdim edir

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Qarabağ və Şərqi Zəngəzura geri qayıdan sakinlərin iştirakı ilə fləşmob keçirilib.

    Fləşmob Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə reallaşıb.

    Dövlət Komitəsindən bildirilib ki, video layihənin əsas ideyası heç bir sözə ehtiyac duymadan, yalnız insan simalarındakı ifadə ilə Böyük Qayıdışın yaratdığı sevinci, saf və gözəl duyğuları çatdırmaqdır. Ağbirçək nənələrin və ağsaqqal babaların illər sonra tapdıqları hüzur, gənclərin gələcəyə olan inamı və uşaqların doğma torpaqdakı qayğısız gülüşləri kadrda əks olunur.