XƏBƏRLƏR / Neft və Qaz

BP AÇG-dən neftvermə sürətini maksimum artıracaq

Bu və BPO-nin başqa planları haqda BP-nin vitse-prezidenti Rassel Morris danışıb

BP AÇG-dən neftvermə sürətini maksimum artıracaq
  • Oxuma müddəti:

    4 dəqiqə

  • BP-nin mədənlər üzrə Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionu üzrə vitse-prezidenti Rassel Morris Bakıda keçirilən IADC Drilling Caspian 2025 konfrans və sərgisindəki çıxışından:

    - BP Xəzər dənizinin Azərbaycan sektorunda investisiyaların genişləndirilməsi imkanlarını nəzərdən keçirir.

    Biz yüksək iş tempini qoruyaraq Xəzər dənizində layihələri fəal şəkildə inkişaf etdirməyə davam edirik. Hazırda AÇG yataqlar blokunda hasilatın təbii azalması müşahidə olunur, Şahdəniz potensialından isə tam istifadə olunur. Biz həmçinin Azərbaycanın Xəzər regionunda investisiya imkanlarını genişləndirməyə imkan verəcək yeni layihələrə start verməyi planlaşdırırıq

    - BP AÇG-dən neftvermə sürətini maksimum səviyyəyə çatdırmaq üçün işləri intensivləşdirməyi planlaşdırır.

    BP və onun tərəfdaşları artıq Xəzər regionunda neft və qaz ehtiyatlarının işlənməsinə təxminən 85 milyard dollar sərmayə qoyublar. AÇG yatağından bu günə qədər təxminən 4,4 milyard barel neft hasil edilib və biz yataqdan maksimum neft hasilatı üçün bütün səyləri davam etdirməyi planlaşdırırıq. Məqsədimiz təkcə mövcud infrastrukturu saxlamaq deyil, həm də uzunmüddətli dayanıqlığı təmin etməklə onu fəal şəkildə inkişaf etdirməkdir.

    “Şahdəniz” yatağı gündə təxminən 550 min barel neft ekvivalenti, AÇG isə 340 min bareldən 345 min barel neft verir.

    2010-cu ildə ən yüksək həddə AÇG hasilatı sutkada 823 000 barelə çatmışdı. Bu, həqiqətən də dünya səviyyəli bir sahədir. Biz buradan yeni texnologiyalar və innovativ yanaşmalardan istifadə etməklə neft hasilatını maksimum dərəcədə artırmaq yollarını axtarmağa davam edirik

    - BP-Azerbaijan şirkəti Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunda Mərkəzi Şərqi Azəri (ACE) platformasından yeni hasilat quyusunun qazılmasına başlayıb.

    Ötən il ACE platformasından üç hasilat quyusu qazılıb. Hazırda dördüncü quyunun qazılmasına başlanılıb və bu ilin sonuna kimi biz səkkizinci quyunun qazılmasını gözləyirik”, - deyə Mauris Bakıda keçirilən IADC Drilling Caspian 2025 beynəlxalq konfransında bildirib.

    BP ACE platformasında bir neçə qaz vurma quyusu qazmağı planlaşdırır.

    ACE platformasında biz lay təzyiqini saxlamaq üçün bir neçə qaz vurma quyusu qazmağı planlaşdırırıq. Bundan əlavə, səmərəliliyin artırılması və tullantıların optimal idarə olunması baxımından mühüm olan şlamların təkrar vurulması (CRI) quyusu planlaşdırılır.

    - BP şirkəti 2025-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda 19 quyu qazmaq niyyətindədir.

    2024-cü ildə 18 quyu qazmağı planlaşdırırdıq, amma sonda 19 quyu qazdıq. 2025-ci ildə də eyni həcmdə olacağımızı gözləyirik. Biz platformalarda qazma işlərinin səmərəliliyini artırmaq üçün işimizi davam etdiririk

    BP quyu məhsuldarlığını artırmaq üçün müasir texnologiyalardan fəal şəkildə istifadə edir.

    Hamısı formasiyaya nüfuz etməkdən asılıdır. Maksimum neft çıxarılmasını təmin etmək üçün texnologiyalar sərfəli və səmərəli olmalıdır. Biz həmçinin üfüqi quyuları fəal şəkildə qazırıq ki, bu da layların nüfuzetmə zonasını artırmağa və səmərəliliyi artırmağa imkan verir.

    Perspektivli sahələrdən biri çoxtərəfli quyulardır. Şirkət 2025-ci ildə Qərbi Azəri platformasından belə, 2026-cı ildə isə daha bir quyunun qazılmasını planlaşdırır ki, bu da məhsuldar horizontların maksimum kəşfiyyatına imkan verəcək.

    Texnologiya baxımından bizi maraqlı iş gözləyir. Bu, təkcə AGT məkanında deyil, bütün Xəzər regionunda fəaliyyətlər üçün əla vaxtdır