BQXK daha səkkiz xərçəng xəstəsini və təcili əməliyyata ehtiyacı olanları Xankəndidən Ermənistandakı tibb mərkəzlərinə çatdırıb.
Əvvəllər dövlət sifarişi çərçivəsində müalicə üçün İrəvana göndərilən daha 5 nəfər Xankəndinə qayıdıb.
Qızıl Xaç Cəmiyyətinin vasitəçiliyi və müşayiəti ilə artıq 113 xəstə Ermənistana çatdırılıb. Məlumatı "Sputnik Armenia" yayıb.
Həmişə olduğu kimi, Laçın-Xankəndi yolunda bu gün – ekoaksiyanın 72-ci günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.