BQXK əməkdaşları saxlanılan Xaçatryana baş çəkib
Bunu BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib
Şənbə günü, iyulun 29-da Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları həmin gün Laçın SBM-də Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan Vaqif Xaçatryana baş çəkiblər.
Saxlanılan şəxsə ailəsi ilə ünsiyyət qurmaq imkanı verilib. Bunu BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.