XƏBƏRLƏR / Həyat Tərzi

Bred Pitt və Ancelina Colinin malikanəsi hərraca çıxarılır

Bu barədə “The New York Post” məlumat yayıb

Bred Pitt və Ancelina Colinin malikanəsi hərraca çıxarılır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hollivud aktyorları Bred Pitt və Ancelina Colinin Nyu Orleandakı malikanəsi hərraca çıxarılacaq.

    Bu barədə “The New York Post” məlumat yayıb.

    Dekabrın 11-nə planlaşdırılan hərracda başlanğıc qiymət 5,35 milyon dollar olacaq.

    Məşhur cütlük malikanəni 2007-ci ildə 3,5 milyon dollara alıb. Cütlük 2016-cı ildə mülkdən ayrılıb və iki il sonra boşanıblar. 2017-ci ildə əmlak təmir edilib.

    Ev 1830-cu illərin Paris malikanələrini xatırladır.