XƏBƏRLƏR / Diplomatiya

Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir

Britaniyanın xarici işlər naziri Devid Lemmi bu məqsədlə Dəməşqə səfər edib

Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Böyük Britaniya Suriya ilə 14 illik fasilədən sonra diplomatik münasibətləri rəsmi şəkildə bərpa edib.

    Britaniyanın Xarici İşlər Nazirliyi xəbər verir ki, xarici işlər naziri Devid Lemmi bu məqsədlə Suriyanın paytaxtı Dəməşqə səfər edib. “Suriyalılar üçün yenidən ümid yaranıb. Birləşmiş Krallıq diplomatik münasibətləri bərpa edir, çünki bu, həm öz maraqlarımıza uyğundur, həm də yeni hökumətin sabit, təhlükəsiz və firavan gələcək qurmaq öhdəliyini yerinə yetirməsinə dəstək vermək istəyirik”,- deyə nazir Lemmi bildirib.

    Qeyd edək ki, 2011-ci ildə Böyük Britaniya ilə Suriya arasında diplomatik münasibətlər dayandırılmışdı.