Səfirimiz Rusiya müdafiə nazirinin müavini ilə görüşüb
Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi bildirib
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Rusiyanın müdafiə nazirinin müavini Vasili Osmakov görüş zamanı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi bildirib.
"Bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya Müdafiə Nazirliyində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevin Rusiyanın müdafiə nazirinin müavini Vasili Osmakovla görüşü baş tutub. Görüş zamanı qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub", - məlumatda qeyd olunub.
1 dəqiqədən az