Ermənistanın XİN rəhbəri Mirzoyan Türkiyəyə yollanır
O, aprelin 11-13-də Antalya Diplomatik Forumunda iştirak edəcək

Nazir Ararat Mirzoyan aprelin 11-13-də Antalya Diplomatik Forumunda iştirak edəcək, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.
İşgüzar səfər çərçivəsində ikitərəfli görüşlər də planlaşdırılır.
Qeyd edək ki, Antalyada keçiriləcək forum Türkiyə prezidenti Ərdoğanın himayəsi altında “Parçalanmış dünyada diplomatiyanın bərpası” devizi altında keçiriləcək.
Burada 148 ölkədən 4800 nümayəndənin, o cümlədən 18-i dövlət başçıları səviyyəsində iştirak edəcəyi gözlənilir.