XƏBƏRLƏR / Nəqliyyat

Britaniya təyyarəsi təcili Bakıya eniş etdi

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu xəbər verir

Britaniya təyyarəsi təcili Bakıya eniş etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "British Airways" aviaşirkətinin London-Honkonq reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

    Heydər Əliyev Beynəlxalq Aeroportu xəbər verir ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub.

    "Boeing 787" təyyarəsi yerli vaxtı ilə saat 05:09-da Bakı hava limanına uğurla eniş edib.

    Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırıb. Onunla birlikdə Bakıda ailə üzvü olan daha bir reys sərnişini qalıb.

    "British Airways" aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan Honkonqa Bakı vaxtı ilə saat 07:37-də yola düşüb.