Britaniyada sinaqoqa hücum olub, 2 nəfər ölüb FOTO
Bu barədə BBC xəbər yayıb YENİLƏNİB

15:50
Britaniyada sinaqoqda baş verən hücumda xəsarət alanlardan ikisi ölüb.
BBC xəbər verir ki, hücumu törədən şəxsin də öldüyü ehtimal edilir.
Məlumata görə, o, təhlükəsizlik qüvvələri tərəfindən atəşə tutulub. Lakin həmin şəxsin üzərində naməlum əşyaların olması səbəbindən ona yaxınlaşmaq mümkün deyil.
Əraziyə bomba zərərsizləşdirmə komandası göndərilib.
Baş nazir Kir Starmer Kopenhagendən Londona qayıdıb
***
14:30
Böyük Britaniyanın Mançester əyalətində sinaqoqda bıçaqlı hücum olub.
BBC xəbər verir ki, polis hadisə nəticəsində 4 nəfərin xəsarət aldığını bildirib.
Hücum edən şəxs əvvəlcə avtomobilini birbaşa sinaqoqun yaxınlığındakı yoldan keçənlərin üzərinə sürüb, sonra isə bıçaqla onlara hücum edib. Polis şübhəli şəxsi güllələyərək öldürüb.
Böyük Britaniyanın Baş naziri Kir Starmer sinaqoqdakı hücumdan şoka düşdüyünü bildirib və qeyd edib ki, hadisənin müqəddəs Yom Kippur günündə baş verməsi onu "daha dəhşətli" edir.
Polis təhülkənin sovuşduğunu və hücumu törədən şəxsin zərərsizləşdirildiyini açıqlayıb.
Faktla bağlı araşdırma aparılır.