Qazax sakinində qumbara və narkotik aşkarlandı
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib
Qazax sakinində qumbara və narkotik aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Paşabəy Hüseynov saxlanılıb.
Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan 1 ədəd qumbara və onun alışdırıcısı və narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb. Aşkar olunmuş maddi sübutlar müvafiq ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.