Qızını öldürmək üçün tutduğu qatil onun özünü öldürdü
Qatil qadının qızının sevgilisi imiş
Hindistanın Uttar-Pradeş ştatında yaşayan 42 yaşlı Alka Devi 17 yaşlı qızını öldürmək üçün qatil kirayələyib. Amma özü öldürülüb. Devinin muzdla tutduğu qatilin qızının sevgilisi olduğu üzə çıxıb.
Qətlin üstünü Devinin əri açıb. Devi evə qayıtmayanda əri ona zəng vursa da, onun telefonu söndürülmüş olub. Polis ondan cəsədin şəxsiyyətini müəyyənləşdirməsini istəyib.
Təhrikçi ana Alka Devinin ölümündən sonra maraqlı hadisə ortaya çıxıb. Sən demə, Devinin qızı əvvəllər 10 il həbsdə olan biri ilə görüşməyə başlayıb. Devi bu vəziyyətdən çox narahat olub və çarəni qızını öldürməklə tapıb.
Devi tapdığı qatil Sübhaşa qətli törətmək üçün 50 min rupi təklif edib. Amma Alka bilmirmiş ki, Sübhaş artıq qızı ilə münasibətdədir.
Sübhaş Devinin qızına həqiqəti deyəndə, onlar qızın anasını öldürmək üçün plan qurublar. Birlikdə Devini aldatmaq üçün qətl fotosu hazırlayıblar və səhnələşdiriblər. Lakin Devi vəd etdiyi pulu verməyəndə Sübhaş onu boğaraq öldürüb.
Alkanın cəsədi Uttar Pradeş ştatının Etah rayonunda darı tarlasında tapılıb. Hadisə Alkanın əri Ramakantın arvadının itkin düşdüyünü bildirməsi ilə üzə çıxıb. Polisin araşdırması nəticəsində həm Alkanın qızı, həm də Sübhaş həbs edilib.