XƏBƏRLƏR / Kriminal

Britaniyanın axtardığı killer qadın Ermənistanda tutulub

Bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi xəbər yayıb FOTO

Britaniyanın axtardığı killer qadın Ermənistanda tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Böyük Britaniya polisinin bir sıra sifarişli qətllərin törədilməsində ittiham edərək axtardığı Eymi Betro Ermənistanda tutulub.

    Bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi xəbər yayıb.

    Bildirilib ki, sifarişli qətllərlə yanaşı, qanunsuz silah saxlamaqda da təqsirləndirilən 44 yaşlı qadın Kotayk rayonu ərazisində saxlanılıb. Ermənistanın Baş Prokurorluğu və Böyük Britaniyanın hüquq-mühafizə orqanları faktla bağlı məlumatlandırılıb.