Britaniyada keçirilmiş erkən parlament seçkilərində qələbə qazanan müxalifətdə olan Leyboristlər Partiyasından Baş nazir Keir Starmer Nazirlər Kabinetinin üzvlərini açıqlayıb.
Yeni təyinatlara əsasən, Ancela Reyner Baş nazirin müavini təyin olunub.
İvett Kuper daxili işlər naziri, Devid Lemmi xarici işlər naziri, Ed Milibend enerji naziri, Con Hili müdafiə naziri, Reyçl Rivz maliyyə naziri təyin olunub.
Bununla da Reyçl Rivz Britaniyanın ilk qadın maliyyə naziri olub.