Brüs Uillisə "ağıl itkisi" diaqnozu qoyuldu
Bu barədə onun ailəsi məlumat yayıb
Amerikalı aktyor Brüs Uillisə alın-gicgah demensiyası diaqnozu qoyulub. Bu barədə onun ailəsi məlumat yayıb.
Demensiya – unutqanlığın ön planda olduğu bir çox xəstəliyə verilən ümumi bir addır. Xüsusilə yaşlı insanlar arasında tez-tez rast gəlinən Demensiya müxtəlif xəstəliklər səbəbindən meydana gələ bilər. Bu vəziyyət özündə yaddaş, düşüncə və sosial bacarıqlara təsir edən bir qrup simptom təsvir edir. Demensiya tək bir xəstəlik demək deyil. Əksinə, onun bir çox növü vardır. Ən çox rast gəlinən alzheimer Demensiyasıdır, ondan sonra isə damar forması ən çox görülən ikinci növüdür.
Demensiya Latın dilində mens – ağıl mənasını verən sözdən götürülüb. Ağıl itkisi deməkdir.Bununla birlikdə bu hal, xüsusən Alzheimer Demensiyası birdən-birə meydana gəlmir, simptomlar tədricən görünür və mütərəqqi olur. Bəzi növləri bədəndə bir maddə çatışmazlığı, maddənin və ya dərmanın yan təsiri səbəbindən meydana gəlir. Bu tip Demensiyalar ümumiyyətlə mütərəqqi və geri çevrilmir.
2022-ci ilin mart ayında ona afaziya (nitq pozğunluğu) diaqnozu qoyulub, bundan sonra aktyor karyerasını bitirmək qərarına gəlib. Ailəsi o vaxtdan xəstəliyin irəlilədiyini və indi daha dəqiq diaqnoz qoyulduğunu bildirib. "Təəssüf ki, ünsiyyət problemləri Brüsun qarşılaşdığı xəstəliyin simptomlarından yalnız biridir ... Bu gün bu xəstəliyin müalicəsi yoxdur, lakin ümid edirik ki, vəziyyət yaxın illərdə dəyişə bilər", - açıqlamada deyilir.
67 yaşlı Hollivud ulduzu karyerasına 1980-ci illərdə başlayıb və 150-dən çox filmdə çəkilib.
Ən məşhur əsərləri arasında "Altıncı hiss", "Beşinci element", "12 meymun", "Armageddon", "Məğlubedilməz" film seriyaları var.