XƏBƏRLƏR / İctimaiyyət

Bu gün 4 rayonun qaz təchizatında fasilə yaranacaq

Qaz təchizatı saat 10:00-dan dayandırılacaq

Bu gün 4 rayonun qaz təchizatında fasilə yaranacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakının Binəqədi, Xəzər və Sabunçu rayonlarında, həmçinin Tovuz rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Belə ki, Sərdarov zavodu (Əhali) orta təzyiqli qaz kəmərində və “Abşeronneft” Neft-Qazçıxarma İdarəsinə (NQÇİ) məxsus 3 qaz ölçü qovşağında daraldıcı qurğuların əvəzlənməsi, Sabunçu rayonunun Oskar Əfəndiyev küçəsində 64 mənzilli yaşayış binasının qazlaşdırılması üçün yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Tovuz rayonunu təbii qazla təmin edən orta təzyiqli kəmərin kipliyə sınaq olunması ilə əlaqədar mayın 7-də saat 10:00-dan qaz təchizatı dayandırılacaq.