XƏBƏRLƏR / Siyasət

Belarus Prezidentinin andiçmə mərasimi keçirilib VİDEO

“BELTA” xəbər verir YENİLƏNİB

Belarus Prezidentinin andiçmə mərasimi keçirilib VİDEO
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 14:00

    Aleksandr Lukaşenko Belarus Prezidenti vəzifəsinin icrasına başlayıb.

    1100-dən çox insanın dəvət olunduğu andiçmə mərasimi Müstəqillik Sarayının ən böyük zalında – Təntənəli mərasimlər salonunda keçirilib.

    Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko mərasimi açaraq Belarus xalqının iradəsi ilə azad və demokratik seçkilər şəraitində Aleksandr Lukaşenkonun ölkə Prezidenti seçildiyini bəyan edib.

    Sonra Aleksandr Lukaşenko and içib.

    Daha sonra Belarusun Dövlət Himni səsləndirilib, dövlət başçısı sədaqət andını imzalayıb.

    Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko Aleksandr Lukaşenkoya Belarus Respublikası Prezidentinin vəsiqəsini təqdim edib.

    Qeyd edək ki, bu il yanvarın 26-da keçirilən seçkilərin yekununda Aleksandr Lukaşenko Belarus Prezidenti seçilib. Səsvermədə iştirak edən vətəndaşların 86,82 faizi (5 milyon 136 min 293 nəfər) onun namizədliyinə səs verib.

    ***

    13:19

    Belarus Konstitusiyasına əsasən, Aleksandr Lukaşenko Ümumbelarus Xalq Məclisi Rəyasət Heyətinin üzvləri, parlamentin aşağı və yuxarı palatalarının deputatları, Konstitusiya və Ali Məhkəmə hakimlərinin iştirakı ilə təntənəli mərasimdə and içib. Mərasimə 1100-dən çox insan dəvət olunub.

    VİDEO

    Belarusun inauqurasiya formatı mərasimdə xarici dövlət başçılarının iştirakını nəzərdə tutmur. Əvvəllər andiçmə mərasimləri xarici qonaqların iştirakı ilə keçirilirdi. Rusiyanı andiçmə mərasimində Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov təmsil edir.

    Əvvəllər bildirilirdi ki, dövlət başçısı andiçmə mərasiminə doqquz motosikletdən ibarət müşayiətçinin müşayiəti ilə gələcək.

    Belarusda yeddinci prezident seçkiləri 2025-ci il yanvarın 26-da keçirilib. Bu dəfə A.Lukaşenko seçicilərin 86,82 faiz səsini toplayıb. Bu, artıq Aleksandr Lukaşenkonun yeddinci andiçmə mərasimidir. 

    ***

    12:45

    Bu gün Belarus Respublikasının yeni seçilmiş Prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçiriləcək.

    “BELTA” xəbər verir ki, 1100-dən çox insanın dəvət olunduğu andiçmə mərasimi Müstəqillik Sarayının ən böyük zalında – Təntənəli mərasimlər salonunda keçiriləcək.

    Aleksandr Lukaşenko Belarus Prezidenti vəzifəsinə aşağıdakı məzmunda and içəcək: “Belarus Respublikasının Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayaraq ölkənin xalqına sədaqətlə xidmət edəcəyimə, insan və vətəndaşın hüquq və azadlıqlarına hörmətlə yanaşılacağıma və müdafiə edəcəyimə, Belarus Konstitusiyasına riayət və onu müdafiə etməyə, üzərimə düşən yüksək vəzifələri müqəddəs tutaraq vicdanla yerinə yetirməyə təntənəli surətdə and içirəm”.

    Prezidentin andiçmə mərasimindən sonra Müstəqillik Sarayının yanında yerləşən Dövlət Bayrağı Meydanında hərbi qulluqçuların Belarus xalqına və Prezidentinə andiçmə mərasiminin keçirilməsi planlaşdırılır.