Bu gün dünya pravoslavları Milad bayramını qeyd edir
Bu, xristian aləminin ən əlamətdar və təntənəli mərasimlərindən sayılır
Bu gün dünya pravoslavları Milad bayramını qeyd edirlər.
Xristian aləminin ən əlamətdar və təntənəli mərasimlərindən sayılan Milad bayramı, ənənəyə görə, İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur.
Dünya xristianları mənsub olduqları məzhəblərə görə bu bayramı müxtəlif günlərdə (25 dekabr (katoliklər) və 6-7 yanvar (pravoslavlar)) keçirirlər və o hazırda pravoslavlıq olan ölklərdə rəsmi dövlət bayramı sayılır.
Bayram hazırlığı çərçivəsində evlərdə və müxtəlif ictimai məkanlarda şam ağacları bəzədilir və küçələr işıqlandırılır.
Qeyd edək ki, Azərbaycanda pravoslav kilsələrində hər il Milad bayramında dua oxunur.
1 dəqiqədən az