XƏBƏRLƏR / Din

ABŞ səfirliyi Azərbaycan xalqını təbrik etdi

Bu barədə səfirliyin "Facebook" səhifəsində yazılıb

ABŞ səfirliyi Azərbaycan xalqını təbrik etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-ın Azərbaycandakı səfirliyi Qurban bayramı ilə əlaqədar təbrik mesajı ünvanlayıb.

    Təbrikdə deyilir:

    "ABŞ-ın Bakıdakı Səfirliyi adından Azərbaycanda və dünyanın müxtəlif yerlərində Qurban Bayramını qeyd edən hər kəsi səmimi qəlbdən təbrik edirik.

    Bu müqəddəs bayram mərhəmət, səxavət və birlik kimi dəyərləri təcəssüm etdirməklə yanaşı, Azərbaycanın dini tolerantlıq və multikulturalizm sahəsində zəngin ənənələrini də nümayiş etdirir. ABŞ və Azərbaycan arasında mövcud olan güclü tərəfdaşlığı və xalqlarımız arasındakı əlaqələri yüksək qiymətləndiririk.

    Qurban Bayramınız mübarək!".